KTMT-də Paşinyan FİTNASI: Azərbaycanla sülh mətni Kremlin bütün planlarını alt-üst EDƏCƏK

media-hightechnic-468x90

“Paşinyan hələlik belə bir addım atmaq niyyətində deyil. Ən azından Ermənistanla Azərbaycan arasında sülh sazişi rəsmiləşdirilənə qədər.”

Bu fikri politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı ata biləcəyi mümkün addımlardan danışıb.

Politoloq qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin əldə olunması bu məsələyə də təsirsiz ötüşməyəcək .
“Paşinyan hələlik belə bir addım atmaq niyyətində deyil. Ən azından Ermənistanla Azərbaycan arasında sülh sazişi rəsmiləşdirilənə qədər. Çünki özünə qarşı əlavə problemlərin yaranacağını anlayır. Əgər Paşinyan Ermənistanda gələn il baş tutacaq seçkilərdən öncə ölkəsinin KTMT-dən çıxması ilə bağlı qərar verərsə, Kreml tərəfindən problemlər yaradılacaq.”

“İstər Paşinyan, istərsə də onun komandası prosesləri çətinə salmamaq üçün əvvəlki dövrlərdə olduğu kimi KTMT-yə qarşı kəskin mövqe sərgiləməkdən uzaq dururlar. Buna görə də İrəvan KTMT-nin iclaslarında görünməsə də, qurumun qəbul etdiyi qərarların qarşısını almağa çalışmayacaqlarını açıqlayıb,” – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa