Əflatun Amaşova yeni vəzifə verildi

media-hightechnic-468x90

Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.

media-banner_tkm

Yenicag.az Yenisabah.az-a istinadla xəbər verir ki, mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. Mətbuat Şurası İdarə Heyətinin sədri və V çağırış Milli Məclisin deputatı olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05