“Əgər bu torpaqları bizə qaytaracaqsınızsa,…”

media-hightechnic-468x90

njunikoErmənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi mütləqdir. Çünki Azərbaycan torpaqları Ermənistanın işğal altında olduğu müddətdə heç bir qarşılıqlı inam, orada yolların inşası, infrastrukturun qurulması, birgə yaşayış mümkün ola bilməz.

Bunu xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Azərbaycan münaqişənin mərhələli şəkildə həllini tərəfdarıdır. Lakin hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər-hansı köklü inkişafdan danışmaq olmaz.

Ukrayna məsələləri fonunda Dağlıq Qarabağ probleminin həlli prosesinin soyumasının müşahidə edildiyini deyən A.Əzimov beynəlxalq ictimaiyyətin Ukrayna hadisələri zamanı göstərdiyi qətiyyəti və cəsarəti Ermənistan-Azərbaycan münaqişəsi ilə də bağlı görmək istədiyini açıqladı:
“Ukrayna hadisələri ilə bağlı böyük cəsarət gördük. Biz də 20 ildir belə bir cəsarəti gözləyirdik. Lakin Cənubi Qafqazla bağlı hələ ki, belə bir cəsarət ortaya qoyulmayıb”.

Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini xatırladan A.Əzimov bildirib ki, Azərbaycan artıq 20 ildən çoxdur ki, dünya ictimaiyyətindən Ermənistan-Azərbnaycan münaqişəsi ilə bağlı ciddi mövqenin nümayiş etdirilməsini gözləyir: “Biz ərazi bütövlüyü prinsipliyə sadiqliyi məsələsində daha sərt mövqenin nümayiş etdirilməsini gözləyirik. Ermənistan beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünün əleyhinə çıxış etdi. Biz həmçinin prezident Serj Sarkisyanın Krımın ilhaq edilməsi məsələsində müsbət qiymət verməsinin də şahidi olmuşuq”.
A.Əzimov danışıqlarda əsas mövzulardan biri olan dəhliz məsələsinə də münasibət bildirib: “Dəhlizin təmin olunmasına gəlincə, adətən həmişə Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışılır. Lakin təəssüf ki, nədənsə heç kim Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin təmin olunması vacibliyindən danışmır. Amma Azərbaycanın digər bölgələrindən Naxçıvan MR-ə gedib çatmaq üçün İran ərazilərin üzərindən uzun yol keçmək lazım gəlir”.

O, həmçinin qeyd edib ki, Ermənistan tərəfindən Suriya və Liviyadan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülüb orada məskunlaşması narahatlıq doğurur: “Əgər bu torpaqları bizə qaytaracaqsınızsa, niyə orada süni gərginlik yaradırsız? Əgər Dağlıq Qarabağın ətrafındakı torpaqlar ermənilərin iddia etdiyi ərazi kimi qəbul edilməyibsə, onda Ermənistan oradakı vəziyyəti niyə dəyişməyə və gərginliyin artmasına can atır?”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600