Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

media-hightechnic-468x90

Bakıda 8 Noyabr – Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.

Yenicag.az xəbərinə görə, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.

Qeyd edək ki, Zəfər Günü münasibətilə həmçinin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Konsertin sonunda atəşfəşanlıq olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa