Zəfərin 5 ili: Xalq bir daha qürur hissi yaşadı - FOTO

media-hightechnic-468x90

 

Bu gün Bakıda Zəfər Günü münasibətilə möhtəşəm hərbi parad keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak ediblər.

Dövlət başçıları çıxışlarında Şanlı Qələbənin əhəmiyyətini vurğulayıb, Azərbaycan ordusunun qəhrəmanlığından və qardaş ölkələrin dəstəyindən danışıb.

Paradda Azərbaycan Ordusunun ən müasir hərbi texnikaları, hava, quru və dəniz qüvvələrinin döyüş hazırlığı nümayiş olunub.

İştirakçılar zirehli maşınların, raket komplekslərinin və pilotsuz uçuş aparatlarının keçidini gur alqışlarla izləyiblər.

Paytaxt küçələrinə uşaqdan böyüyə, gəncdən qocaya toplaşan minlərlə insan qürur və sevinc hissi ilə paradı izləyib. Bayraqlar dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səslənib.

Zəfər Günü bir daha xalqımızın birlik, güc və qələbə rəmzinə çevrilib.

 

 

Nəsimi Ələsgərli
Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa