Əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı - VİDEO

media-hightechnic-468x90

Binəqədi-Balaxanı yolunda təhlükəli anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, “KIA Rio” markalı 77-EE-824 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını əks istiqamətli hərəkət zolağına çıxararaq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb:

“Sürücü T.Paşayev DYP əməkdaşları tərəfindən aşkar edilib. O, İnzibati xətalar Məcəlləsinin 327.4 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib”./oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa