Əli Həsənov Rusiya ilə münasibətlərdən danışdı

media-hightechnic-468x90

“Rusiya ilə əlaqələr Azərbaycanın xarici siyasətində prioritetdir”.

eli-hesenov3Bu barədə Həştərxanda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr olunmuş təntənəli tədbirdə bazar ertəsi bildirib.

“Bu gün Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir”, Əli Həsənov bildirib.

“Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərirlər, ticarət və iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərliyinin birgə səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri 21-ci əsrin əvvəllərində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezidentlər İlham Əliyev və Vladimir Putin səviyyəsində siyasi əlaqələrin yüksək dərəcəsi, dövlətlərarası əlaqələrdə mühüm amildir”, – Əli Həsənov deyib.

“Azərbaycan Rusiya ilə bütövlükdə əməkdaşlıq edərək, onun ayrı-ayrı subyektləri ilə də birbaşa əlaqələr qurur”, Əli Həsənov deyib.
“Bu gün Azərbaycanın Həştərxanla münasibətləri yüksələn xətlə inkişaf edir. Əminliklə demək olar ki, Azərbaycanın və Həştərxanla faydalı əməkdaşlığı digər RF subyektlərinə nümunə ola bilər”, – Əli Həsənov deyib.

Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyəti regionun sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verir.

O, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və ümumiyyətlə Azərbaycan hökumətinə Həştərxanda həyata keçirilən layihələrin dəstəyinə görə minnətdarlığını bildirib.

O, əmin olduğunu bildirib ki, “qarşıda xalqlarımızın rifahına yönələn hələ çox layihələr var “.
Təntənəli gecədə Azərbaycan və Həştərxan incəsənət ustalarının konserti keçirilib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600