Müğənni Əlikram Bayramov da dələduzların torundan yaxa qurtara bilməyib.
Yenicag.az xəbər verir ki, müğənni həmkarı Arzu Qarabağlının adından ondan pul istənildiyini bildirib:
“Gördüm, Arzu Qarabağlı yazıb ki, vəziyyətim ağırdır, xəstəxanadayam, 250 manat pul lazımdır. Oğluma dedim, o da dedi ki, Arzu xanım efirdədir, qoy, pulu mən atım, həm də adımı çəksin, reklamım getsin. Sonra pulun çekini atdım, Arzu xanıma, dedi, mən deyiləm”.
Sənətçi polis bölməsinə gedib, oğlunun ərizə yazdığını deyib.
Qeyd edək ki, bundan öncə digər sənət adamları da bu vasitə ilə aldadılaraq ziyana düşüblər.
Nehru
www.yenicag.az