!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnur İLK DƏFƏ AÇIQLADI: “Bilə-bilə dedim ki, məndən əl çəksinlər”

!Reklam – Yazi

“Efirdə özüm bilə-bilə dedim ki, mən toylara və bayramlara getmirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov “Afaqla Onlar” verilişində deyib.

Dost-tanışın toyunda pulsuz oxumaqdan bezən sənətçi axırda məcburiyyət qarşısında yalan danışmalı olduğunu bildirib:

“Efirdə özüm bilə-bilə dedim ki, mən toylara və bayramlara getmirəm. Çünki bezmişdim, kimə salam verirdim, deyirdi ki, gəl, qohumumun toyunda oxu. Bunu efirdən söyləyəndən sonra rütbəli insanlardan bir neçəsi mənə yaxınlaşdı ki, övladımın toyuna dəvət etsəm, oxumayacaqsınız? Dedim, əlbəttə, oxuyacağam. Mən o sözü efirdə özüm bilə-bilə söyləmişəm, ki, məndən əl çəksinlər. İnsanlar başa düşmür ki, mən müğənniyəm və qazancım toylardan çıxır. Ailəmi, övladımı dolandırmalıyam. Bir adamın ildə beş dəfə uşağının ad günündə pulsuz oxuyuram, adam utanmır, amma mən onun ildə beş dəfə onun uşağının ad gününə getməkdən utanıram”.

Nehru

www.yenicag.az

75
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv