Əməkdar artist ziyalı təbəqənin sükutunu TƏNQİD ETDİ: "Haradıdırlar?"
“Bu gün Azərbaycanda ziyalı səsi eşidilmir. Haradıdır onlar, niyə səsləri çıxmır?”
Yenicag.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev, Azərbaycanda ziyalı təbəqəsinin səsini eşitmədiyini və onların cəmiyyətdəki yerini itirdiyini bildirib.
“Bu gün Azərbaycanda ziyalı səsi eşidilmir. Haradıdırlar, niyə səsləri çıxmır?” – deyə Vahid Əliyev təəssüflə qeyd edib.
Aktyor, ziyalı təbəqəsinin orta təbəqəyə uduzduğunu vurğulayaraq, bu vəziyyətin narahatlıq doğurduğunu ifadə edib:
“Bu gün Azərbaycanda üç təbəqə var: kasıb təbəqə, orta təbəqə və ziyalı təbəqəsi. Ziyalılar artıq orta təbəqəyə uduzurlar. Efirlərdə yoxdurlar, səsləri eşidilmir, hər hansı bir məsələdə mövqe ortaya qoymurlar. Ziyalı cəmiyyətin ayaqları altında qalıb əzilir.”
Vahid Əliyev, yeni televiziya mövsümündə bu mövzunu gündəmə gətirəcəyini də qeyd edib:
“Yeni televiziya mövsümündə bu məsələni gündəmə gətirəcəyəm. Eksperti olduğum verilişdə mütəmadi olaraq bu mövzunu diqqətdə saxlayacağam. Vaxtilə gur-gur guruldayan Azərbaycan ziyalısının öz sözünü deməsi üçün müzakirələr açacağam. Efirlərimizdə buna çox ehtiyac var.”
Cəvahir