Əmmanda sirena SƏSLƏRİ: İordaniya ordusundan AÇIQLAMA

media-hightechnic-468x90

 

İordaniyanın paytaxtı Əmmanda sirena səslərinin eşidilməsi yerli əhali arasında narahatlığa səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

İordaniya Silahlı Qüvvələrinin yaydığı rəsmi açıqlamada bildirilib ki, sirenaların səslənməsi ölkənin hava məkanına daxil olan raketlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı həyata keçirilən təcili müdafiə tədbirləri çərçivəsində baş verib.

Qeyd olunub ki, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilən hədəflərdən bəzilərinin yaşayış məntəqələrinə düşmə ehtimalı nəzərə alınaraq xüsusi tədbirlər görülüb.

İordaniya ordusu hava məkanının pozulmasına qətiyyən icazə verilməyəcəyini, bu cür hallara qarşı sərt cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600