“Enerji İnnovasiyaları və İqlim Dəyişkənliyi” mövzusunda dəyirmi masa keçirilib - FOTO

media-hightechnic-468x90

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə dair Yeni Yanaşma» adlı layihə çərçivəsində dəyirmi masa baş tutub.

Tədbirə Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova qonaqları və iştirakçıları salamlamaqla başlanıb. Sədr layihə haqqında geniş məlumat vermib və donora təşəkkürünü bildirib. Sonra isə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayevaya, Rəvan Cəfərlivə digər qonaqlara söz verilib. Onlar da öz dəyərli təcrübələrini bölüşüb və müzakirələr davam edib. Daha sonra layihənin eksperti alim Rasim Məmmədovlayihə çərçivəsində hazırlanan elmi məqalə, araşdırma, tədqiqat işləri dəyirmi masa iştirakçılarına təqdim olunub.

Onu da qeyd edək ki, layihənin əsas məqsədi, iqlim dəyişkənliyinə qarşı mübarizədə enerji innovasiyalarını və ekoloji islahatları birləşdirərək, sahibkarlıq mühitində dayanıqlı inkişafı təşviq etməkdir. Həmçinin kənd təsərrüfatı, sənaye sekotrunda və gənclər arasında bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq etməklə iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. Gözlənilən təsir, bu sektorların enerji səmərəliliyinin artırılması və gənclərin iqlim dəyişikliyinə qarşı innovativ həllər təqdim etməsidir. Arzuolunan dəyişiklik isə dayanıqlı və ekoloji cəhətdən təmiz iqtisadiyyatın inkişafıdır.

Sonda isə layihə çərçivəsində hazırlanan «Azərbaycanda yaşıl iqtisadiyyat: İqlim Dəyişkənliyinə dair Yeni Yanaşmalar» adlı kitabça iştirakçılara paylanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa