!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ər-Riyad formatı START GÖTÜRDÜ: “Mayın 9-una qədər...”

!Reklam – Yazi

“Nə Kiyevin belə müharibəyə səbəb olan NATO-ya üzvlüyü məsələsi müsbət həllini tapmır, nə də Ukrayna nüvə dövlətinə çevrilmir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Rusiya-Ukrayna məsələsinin həlli ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, dünyanın fövqəldövlətinin rəhbərinin sülh mövqeyindən çıxış etməsi iki söz sahibinin olacağına işarədir:

“ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə saat yarım çəkən telefon danışığı bir çox mətləblərdən xəbər verdi. Məlum oldu ki, Qərbin Rusiyaya qarşı Ukrayna böhranı ilə bağlı təcrid siyasəti çatlar verib. ABŞ kimi dünyanın fövqəldövlətinin rəhbəri Trampın həmkarı Putinə sülh çağırışı, qarşı tərəfin isə adekvat cavabı İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişənin həllində iki söz sahibi – Moskva və Vaşinqton – olacağını göstərir”.

Onun sözlərinə görə, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq rəsmi Brüsselin proseslərdə iştirak etməyəcəyini qeyd etdi:

“Yanaşı olaraq Kiyev də məsələlərdə aparıcı rola malik deyil. Hələ ki danışıqlar ikitərəfli formatda davam etməkdədir. Bu gün Ər-Riyadda başlayan danışıqlar gələcəkdə daha yüksək səviyyəli görüşlər üçün baza yaradır. Yəni Tramp və Putinin birbaşa görüşünə əlverişli şəraitin hazırlanması əsas məqsədlərdən biridir”.

“Şərtlər məsələsinə gəldikdə isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlərin Avropanı çıxılmaz vəziyyətə saldığını vurğulamaq lazımdır. Onun “bizə təhlükə nə Rusiya, nə Çin, nə də digər yerdən deyil, elə öz içimizdən, Avropadan gəlir” mənasında şərh edilən açıqlaması çox ciddi ittihamdır. Faktiki olaraq, Avropa İttifaqı liderlərini diktatorluqla mühakimə etdi. Bu amillər nəzərə alındıqda, Avropa hazırda çox çətin situasiyada olaraq proseslərdən kənardadır”, – deyə millət vəkili əlavə edib.

“Qısacası, nə Kiyevin belə müharibəyə səbəb olan NATO-ya üzvlüyü məsələsi müsbət həllini tapmır, nə də Ukrayna nüvə dövlətinə çevrilmir. Ərazi məsələsində isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ Ər-Riyad görüşündən öncə bir santimetr belə ərazi güzəşti olunmayacağını diqqətə çatdırıb. Hazırkı məqsəd may ayının 9-u, yəni faşizm üzərində qələbənin 80 illiyinə qədər Rusiya və Ukrayna arasında müharibənin sonlandırılmasıdır”, – E. Nəsirov fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

176
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv