Ərdoğandan Putinə Cənubi Qafqaz eyhamı
Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda davamlı sülh əldə oluna bilər.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Ərdoğan Qafqazda sabitliyin Türkiyə və Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb. O əlavə edib ki, Türkiyə Ukraynada ədalətli və davamlı sülh üçün səylərini davam etdirir və İstanbulda aparılan danışıqlar bu prosesə töhfə verir.
Ərdoğan görüşdə Türkiyə ilə Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini, ticarət, turizm, investisiya və enerji kimi sahələrdə keçmişdə formalaşan əməkdaşlıq ruhunun davam etdiyini bildirib./axar.az