Erməni müxalifətindən Paşinyan-Kilsə qarşıdurmasına REAKSİYA
Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasının üzvü Armenuhi Kyureqyan bəyan edib ki, bu günlərdə baş verən hadisələr Baş nazir Nikol Paşinyanın panikalı hərəkətlərinin sübutudur.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Onun sözlərinə görə, Baş nazir ictimaiyyətin həm rəhbərlik etdiyi hökumətə mənfi münasibətindən, həm də özünü təkrar bərqərar etmək imkanından xəbərdardır. Kyureqyan vurğulayıb ki, Baş nazir yerinə yetirilməmiş vədlərinin nəticələrini və buna görə onu gözləyən məsuliyyəti tam dərk edir.
O, baş nazirin bütün ermənilərin katolikosunun ölkədən çıxarılması ilə bağlı açıqlamalarına da müraciət edərək, Paşinyanın belə bir addım atmağa haqqının olmadığını vurğulayıb. Deputat əmin edib ki, belə bir cəhd olarsa, xalqın Erməni Apostol Kilsəsinə bağlı olan inanclı hissəsi öz mənəvi institutunu müdafiə etməyə çıxacaq.
Rafi Müslümov