“Erməni tərəfi elə güman edirdi ki, Qubadlı, Zəngilan istiqamətindəki sərhəd dəqiqləşdirilməsinin heyfini Kəlbəcər istiqamətində ala biləcəklər”.
Bu fikiri Yenicag.az-a açıqlamasında Kəlbəcər istiqamətində atəşkəsin pozulması, erməni tərəfinin tank və minaatanlardan istifadə etməsini şərh edən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.
Tərlan Eyvazov bildirib ki, erməni tərəfinə bir qarış belə güzəştə gedilmədi:
“Erməni tərəfi Zod qızıl mədənini özündə saxlamaq istəyirdi. Ancaq Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri lazım olan yerə qədər gedib, mövqelərdə oturdular.
Bir neçə dəfə Qarabağın daxilindən atəşkəs pozuldu, daha sonra isə mütamadi olaraq Kəlbəcər istiqamətində atəşkəsi pozdular. Əvvəlcə Azərbaycan tərəfi isə onlara ciddi reaksiya vermirdi.
Prezidentin Moskva səfərindən sonra bütün məsələlərə aydınlıq gətirildi.
Qarabağın daxilində sakitlik yarandı. Rusiya sülməramlılarının olduğu ərazilərdə atəşkəs pozulmur.
Kəlbəcər istiqamətində ermənilər Azərbaycan ərazisinə girib, mövqe tutmağa çalışırdılar.
Ehtimal edirəm ki, Ali Baş komandan tapşırıq verib ki, oradakı mövqelər möhməkləndirilsin, ermənilər irəlilədikləri yüksəkliklərdən çıxarılsın. Bildiyimiz kimi, yüksəkliklər tərəfimizdən təmizləndi və mövqelər möhkəmləndirilməyə başlandı. Ermənistan tərəfi bununla barışmır və bu səbələrdən də mövqelərimizi atəşə tutur. Yaralananlarımız var.
Mənə belə gəlir ki, Paşinyan erməni xalqına ittiham edildiyi kimi təslimçi olmadığını göstərmək istəyir. Bundan əlavə Zəngəzur dəhlizinin açılmasına maneçilik törətmək istəyir.
Azərbaycan tərəfi öz mövqeyində qətidir.
Azərbaycan qalib tərəf kimi öz işini davam etdirəcək. Erməni tərəfi 3 tərəfli bəyənatdan çıxıb, onun şərtlərinə əməl etmək istəmir. Onların məqsədi gələcəkdə bağlanılmalı olan sülh müqaviləsinin qarşısını almaqdır”.
www.yenicag.az