Ermənistan büdcəsində şok artım
Ermənistan hökuməti sentyabrın 25-də 2026-cı il dövlət büdcəsinin layihəsini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Layihəyə əsasən, Ermənistanın 2026-cı il üçün icmal büdcəsinin gəlirləri 3 trilyon 261 milyard 800 milyon dram (8.43 milyard dollar) (büdcələrarası transfertlər istisna olmaqla), xərcləri 3 trilyon 799 milyard 300 milyon dram (9.82 milyard dollar) (büdcələrarası transfertlər istisna olmaqla), kəsiri isə 537.5 milyard dram (1.39 milyard dollar) təşkil edəcək.
Büdcə layihəsi yekun təsdiq üçün parlamentə göndəriləcək.
Qeyd edək ki, 2025-ci il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 trilyon 873 milyard dram (təqribən 7,4 milyard dollar), xərcləri 3 trilyon 42 milyard dram (7,8 milyard dollar) təşkil etmişdi.