Ermənistanda “Eagle Partner-2025” təlimləri BAŞLADI

media-hightechnic-468x90

Bu gün Ermənistanda “Eagle Partner-2025” adlı Ermənistan–ABŞ birgə hərbi təlimləri başlayıb.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, təlimlər 20 avqusta qədər davam edəcək. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, tədbir beynəlxalq sülhməramlı missiyalara hazırlıq çərçivəsində keçirilir.

Manevrlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrika üzrə Quru Qoşunları Komandanlığı və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub. Təlimlərdə əsas diqqət sülhməramlı tapşırıqların icrasına və tibbi təxliyə prosedurlarına yönəlib.

Məqsəd beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq, idarəetmə və taktiki əlaqə sahəsində təcrübə mübadiləsi aparmaq, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin hazırlığını gücləndirməkdir.

Qeyd edək ki, “Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir. Bu ilki manevrlər Ermənistan–ABŞ əməkdaşlığının intensivləşdiyi dövrdə baş tutur. Avqustun 7–8-də ABŞ-yə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli münasibətlərin “mümkün olan ən yüksək səviyyəyə” çatdığını bəyan edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa