Putinlə Tramp QARŞI-QARŞIYA: “Ukrayna müharibəsinin müqəddəratı cəbhədə həll olacaq”

media-hightechnic-468x90

“Ukrayna müharibəsinin müqəddəratı cəbhədə həll olacaq”.

Bu fikri Trampla Putinin yaxınlaşan görüşü, ABŞ prezidentinin Ukraynanın torpaq güzəştləri ilə bağlı dediyi sözlər və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, Ukrayna torpaq güzəştinə getməyəcək:

“Birinci müharibədə Azərbaycan məğlub olandan sonra təxminən 30 il Qərb dövlətləri Azərbaycanı dilə tutdu ki, məğlubiyyətlə barış. Azərbaycan tərəfi isə deyirdi ki, danışıqlar gedir, torpaqlarımızı geri qaytaracağıq. Bütün danışıqlar dövründə mövqeyimiz bir idi: torpaqlar qayıtmalıdır. Məqam yetişdi, Azərbaycan torpaqlarını geri qaytardı. İndi eyni mövqeyi İlham Əliyev də Ukraynaya dedi – torpaqlarınızın itirilməsini tanımayın. Ukrayna da tanımayacaq”.

Onun sözlərinə görə. Ukrayna ABŞ-nin torpaqları deyil:

“ABŞ torpaq vermək istəyirsə, Alyaskanı ruslara versin, ancaq verə bilməz. Çünki ABŞ qanunları buna icazə vermir. Zelenski də deyir ki, Ukrayna konstitusiyası imkan vermir ki, biz torpaq güzəştinə gedək. Ona görə də Rusiya ABŞ danışıqlarının müqəddəratından asılı olmayaraq Ukrayna torpaq güzəştinə getməyəcək. Ola bilsin ki, hansısa mərhələdə atəşkəs yarandı, ola da bilsin, atəşkəs olmasın. Əsas odur ki, Ukrayna daxilində nizam-intizam yaransın. Müharibə gedə-gedə bir zümrə xalqın pulunu oğurlayır”.

“Düşünürəm ki, Ukrayna müharibəsinin müqəddəratı cəbhədə həll olacaq. Ukrayna ordusu, Ukrayna cəmiyyəti torpaq verməyəcək. Üstəlik, Avropa dövlətləri də anlayıblar ki, Ukrayna torpaqlarını Rusiya tutsa, Rusiya özünün bundan da çox azğın aparacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa