Krasnodarda film kimi qaçış: 6 nəfər belə ARADAN ÇIXDI – FOTO
Rusiyanın Krasnodar şəhərində müvəqqəti saxlama mərkəzindən kütləvi qaçış olub.
Yenicag.az “SHOT” “Telegram” kanalına istinadla xəbər verir ki, Rusiyanın Krasnodar şəhərində xarici vətəndaşların saxlandığı müvəqqəti saxlama mərkəzindən altı nəfər qaçmağa cəhd edib.
Qaçanlar arasında üç ukraynalı, Moldovanın vətəndaşı Nikolay Kambur və Ermənistan vətəndaşları – Artur və Qarik Babayan yer alıb. Məlumata görə, ukraynalılardan biri əvvəllər qətl cinayətinə görə məhkumluq həyatı yaşamışdır.
Məlumatıa görə, hadisə avqustun 10-u axşam saatlarında baş verib. Qaçanlardan beşi artıq saxlanılıb və yenidən mərkəzə gətirilib. Bir ukraynalı isə hələ də axtarışdadır.
Bildirilir ki, həmin şəxslərin hamısı Rusiyada qanunsuz olaraq qalırdı.