Donbasdan Zəngəzura – Alyaska görüşünün GİZLİ GÜNDƏLİYİ

media-hightechnic-468x90

“Alyaskada keçiriləcək görüşün əsas mövzusu Ukrayna–Rusiya müharibəsi olacaq. Amma mən bu görüşdən konkret nəticə çıxacağı qənaətində deyiləm”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

O, avqustun 15-də ABŞ-nin Alyaska ştatında keçiriləcək Putin-Tramp görüşündə müzakirə olunması gözlənilən gündəm məsələləri müzakirə edib.

Müsahibimizin fikrincə, ilk növbədə, həm Trampın, həm də Putinin Zelenski və Ukraynanı prosesdən kənarda saxlayaraq həll yolu axtarması artıq əvvəlcədən təklif olunacaq variantların real sahədə qarşılıq tapmayacağı deməkdir:

“Çünki Avropa da, Ukrayna da haqlı olaraq bu formata qarşı çıxır və dəstək vermir. İkinci mühüm məqam isə tərəflərin mövqelərindəki fərqlərdir. Ukrayna atəşkəs istəyir, lakin Rusiya atəşkəsi qəbul etmir və yalnız yekun sülh danışıqları aparmaq istəyir. Rusiya bununla yanaşı işğal etdiyi ərazilərin – Xerson, Xarkov, Zaporojye, Donetsk və Luqansk bölgələrinin tam şəkildə özünə birləşdirilməli olduğunu bildirir. Ukrayna isə israrla deyir ki, Rusiya bütün işğal olunmuş ərazilərdən dərhal çıxmalıdır. Bu isə ciddi mövqe uçurumu yaradır və yaxın müddətdə bu fərqin aradan qalxması real görünmür”.

“Bu səbəbdən mən problemin qısa zamanda həll əldə olunacağına inanmıram. Lakin Rusiya ABŞ-nin tətbiq etdiyi sanksiyaların yumşaldılması və özünü danışıqlara açıq tərəf kimi göstərmək üçün bu görüşdə iştirak edəcək. Çox xüsusi şərtlər daxilində, məsələn, Cənubi Qafqaz və ya digər regionlarla bağlı müəyyən razılıqlar əldə olunarsa, bəzi addımlar atıla bilər. Ukraynanı da ərazi güzəştlərinə razı sala bilsə, müəyyən nəticələr əldə edilə bilər”, – deyə o, əlavə edib.

Cənubi Qafqaz məsələsinə gəldikdə isə siyasi təhlilçi vurğulayıb ki, ABŞ-nin 99 illik icarə əsasında Ermənistandakı “Zəngəzur” koridorunu götürərək onu “Tramp Yolu” və ya TRIPP adı ilə yenidən təşkil etməsi bölgənin geosiyasi mənzərəsini ciddi şəkildə dəyişib:

“Bu, həm Rusiyanın, həm də İranın bölgədəki təsirini zəiflədən amildir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması, Azərbaycanın təyyarə qəzası və diaspora faciəsi fonunda Rusiya ilə münasibətlərinin kəskin pisləşməsi də bu prosesin tərkib hissəsidir. Bundan sonra Rusiya istəsə, çoxsaylı böhranlar yarada bilər, çünki əlində ciddi təsir rıçaqları var. Məsələn, Xəzər dənizinin istifadəsi ilə bağlı qərarlar yalnız sahilyanı ölkələrin yekdil razılığı ilə qəbul olunur. Bu isə Rusiyaya, xaricdən gələn yüklərin tranzitinə mane olmaq imkanı verir”.

“Digər tərəfdən, Ermənistan dəmiryollarının 2036-cı ilə qədər işlədilməsi hüququ da Rusiyaya məxsusdur. Bu, Zəngəzur koridoru və ya “Tramp Yolu” layihəsi ilə üst-üstə düşdüyü üçün yeni gərginliklər yarada bilər. Bundan əlavə, ABŞ Ermənistana hərbi sursat yığmağa çalışacaq. Rusiyanın isə hələ də Ermənistanda yerləşən 102-ci hərbi bazası mövcuddur və bu, formal olaraq Ermənistanı qorumaq məqsədi daşısa da, bölgədəki qüvvələr balansına birbaşa təsir edir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa