Ermənistandan əsən isti yellər: "Təhlükəsizlik maraqları münasibətlərin qurulmasını tələb edir"

media-hightechnic-468x90

“Ermənistan və Azərbaycan hər iki dövlət üçün təhlükəli olan qonşuya qarşı birlikdə hərəkət etməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirib.

Politoloq Ermənistan parlamentinin sədri Alen Simonyanın iki ölkə əhalisi arasında normal qonşuluq münasibətlərinin formalaşması haqqında verdiyi bəyanatı şərh edib:

“Alen Simonyanın dedikləri, təbii ki, həqiqətdir. Dünyada bir-biri ilə 100 ildən artıq müharibə edən qonşular olub. Bir-birinə çox sayda faciələr yaşadıblar, amma sonra normal münasibətlər qurub düşmənçiliyi unutmağa çalışıblar. Azərbaycanla Ermənistan arasında da bu gün dostluqdan danışmaq çox çətindir. Xalqlarımız arasında müəyyən qədər bir-birinə qəzəb, nifrət mövcuddur və bunun aradan götürülməsi üçün vaxt lazımdır. Amma hər iki dövlətin maraqları tələb edir ki, sülh sazişi imzalandıqdan sonra normal münasibətlər qurulsun, Azərbaycan və Ermənistan bir-biri ilə ticarət əlaqələri qursunlar, Sovet dövründə olduğu kimi, Azərbaycan məhsulları Ermənistana, Ermənistan məhsulları da Azərbaycana gətirilsin. Bu dövlətlərin iqtisadi maraqları bunu tələb edir. Eyni zamanda, siyasi maraqlar da tələb edir ki, biz düşmənçiliyi unudaq və bir-birimizlə normal münasibət quraq. Ən əsası, hər iki ölkənin təhlükəsizlik maraqları bu münasibətlərin qurulmasını tələb edir”.

A.Səmədov qeyd edib ki, hər iki ölkə qonşu Rusiyanın təxribatından birlikdə qorunmalıdır:

“Çox təhlükəli qonşumuz var. Söhbət Rusiyadan gedir. Rusiyadan biz özümüzü bir yerdə qorumaq haqqında düşünməliyik. Birlikdə fəaliyyət göstərə bilməsək də, ən azı 90-cı illərdə olduğu kimi, Rusiyanın Ermənistandan Azərbaycana qarşı istifadə etməsinə imkan verməməliyik. Simonyan kimi reallığı dərk edən ermənilər bu məsələri başa düşürlərsə, ümid edirik, digər ermənilər də yavaş-yavaş düşmənçilikdən imtina edərlər və başa düşərlər ki, Azərbaycanla düşmənçilik onlara heç bir xeyir verməyəcək. Normal əlaqələr qurmaq, münasibətlər yaratmaq lazımdır və münasibətlərin normal olması hər iki dövlətin maraqlarına uyğundur”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa