“Eurovision” mahnı müsabiqəsi bu il onlayn olaraq keçirilə bilər.
Yenicag.az xəbər verir ki, 12-16 may tarixlərində Rotterdamda keçirilməli olan beynəlxalq musiqi yarışmasının təşkilatçıları yeni təkliflə çıxış ediblər. “Eurovision 2020″nin təşkilatçıları müsabiqəni onlayn keçirməyə hazırlaşdıqlarını açıqlayıblar. Alternativ müsabiqə proqramı Avropa Yayım Birliyi tərəfindən hazırlanır.
Bütün iştirakçılar nömrələrini xüsusi hazırlanmış onlayn platformada təqdim edə biləcəklər./Qafqazinfo/