Gəncə-Daşkəsən avtomobil yoluna qaya parçaları düşüb – FOTO

media-hightechnic-468x90

Daşkəsən rayon ərazisində torpaq sürüşmə olub, qaya parçaları avtomobil yoluna düşüb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Yenicag.az xəbər verir ki, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.

Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.

Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür./report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa