Goranboyda yanğın hadisəsi baş verib

Goranboy rayonunun Zeyvə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konustruksiyaları 30 m² sahədə yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.