Göygöldə yeni doğulan körpə dünyasını dəyişib. Hadisə rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Göygöl rayonu, Çaykənd kənd sakini, 1988-ci il təvəllüdlü Rüsalə Hacıxanovanın dünyaya gətirdiyi oğlan uşağı ölüb. Məlumata görə, bu, R.Hacıxanovanın ikinci doğuşu olub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (APA)
Yeniçağ.az