“Prezident 64 yaşını yenə xalqla, Qarabağda qeyd etdi” - DEPUTAT

media-hightechnic-468x90

“İlham Əliyevin bu qədər sadə, bu qədər təvazökar və xalqa sadiq xidməti hər bir məmur üçün nümunə olmalıdır”.

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

media-e747ed55fba3b993f4c9e2261e692a561706874849-photo

Deputat ölkə rəhbəri, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin siyasi kursu və 2025-ci il yol xəritəsi haqqında danışıb:

“Cənab Prezident İlham Əliyev yürütdüyü siyasətin bütün istiqamətlərini xalqımızın maraqlarının təmin edilməsi üzərində formalaşdırıb. Cənab Prezident bu amala o qədər sadiqdir ki, öz ad günlərini də hər zaman ən sadə formada qeyd edir. Dövlət başçımız üçünsə bu yanaşma sadə deyil, ən uca formada qeydetmə deməkdir. Çünki Liderimiz hər zaman xalqla iç-içədir, daimi təmasdadır. Xalqımız da bunu görür, bəyənir və dəstəkləyir. Məhz Azərbaycan xalqının dəstəyindən güc alan İlham Əliyev Azərbaycanın maraqlarına xidmət etməyə qürurla davam edir.

Prezidentimiz 64-cü yaşını qeyd edərkən bu dəfə də istisnanın şahidi olmadıq. Tədbirlər çoxluğu, sıx iş qrafikində yenə də prioritet Qarabağ və Şərqi Zəngəzur oldu, xalqın yanında olmaq seçildi. Bu gün şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi əsas məsələdir. Həmin bu çərçivədə dövlət başçımızın Qarabağa hər reallaşdırdığı səfər, orada sakinlərlə səmimi söhbətləri, xüsusilə insanlarımızın dövlət başçısına göstərmiş olduğu doğma, səmimi münasibət bir daha ondan xəbər verir ki, dövlət və xalq arasında daimi təmas var”.

A. Hüseynov Azərbaycan xalqı ilə ölkə başçısı arasındakı bağı xüsusi vurğulayıb:

“Dövlət və xalq heç bir halda bir-birindən ayrı deyil. Xalqımız cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləyir, onun siyasətinə sadiqdir. Bu yanaşmanın dövlət başçımızın ünvanına səsləndirilən bütün fikirlərlə bir daha şahidi olduq. Qarabağda insanlarımızın dövlət başçımıza ünvanladığı sözlər bütün Azərbaycan xalqının yanaşması deməkdir, bütün Azərbaycan xalqının səmimi hisslərinin ifadəsidir.

Bu baxımdan qeyd olunmalıdır ki, dövlət başçımızın bu qədər sadə, bu qədər təvazökar və xalqa sadiq xidməti hər bir məmur üçün nümunə olmalıdır və bu yolda hər zaman dövlət başçımızdan nümunə götürməliyik. Məhz Onun qoyduğu bu mərkəzləşdirilmiş strategiya hər bir məmura yol göstərici olmalı və xalqına xidmət etməkdə hədəfdən yayınmamalıdırlar. Hədəf isə birdir: Azərbaycan xalqına xidmət etmək! Cənab Prezident İlham Əliyev Azərbaycanı Zəfərə qovuşduran, eyni zamanda Azərbaycanın adını dünya tarixinə yazan Müzəffər Liderdir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa