Gültəkin Ana torpağa tapşırılıb-Fotolar
Milli azadlıq hərəkatının fəallarından Gültəkin Həsənova (Gültəkin Ana) dəfn edilib.
86 yaşlı G.Həsənova Nizami rayonundakı məzarlıqda, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı “Müsavat” partiyasının üzvləri də iştirak ediblər.
Qeyd edək ki, Gültəkin ana bu gecə keçinib. O, uzun müddət idiki xəstəlikdən əziyyət çəkirdi.
Gültəkin ana meydan hərəkatı liderlərindən olan Nemət Pənahlı, Etibar Məmmədov, Sabir Rüstəmxanlı qədər populyar idi və o, bu populyarlığı əllə tikdiyi minlərlə bayrağı meydan iştirakçılarına payladığı üçün qazanmışdı.