Gürcüstan DTX: "Suriyalı döyüşçülərin Azərbaycana keçməsi məlumatı yalandır"
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.
“DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir. Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanuna uyğun tədbirlər görüləcək”, – deyə o, vurğulayıb.