Gürcüstanda təhsil müddəti qısaldıldı

media-hightechnic-468x90

Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişiklikləri qəbul edib.

Yenicag.az xəbər verir ki, dəyişikliklərə əsasən universitet sistemində bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub.

Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.

Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə əlaqədardır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar. Lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.

Qeyd edək ki, qanuna dəyişikliklər hökumətin təşəbbüsü əsasında hazırlanıb. Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9-u isə əleyhinə olub.

Məlumat üçün bildiririk ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa