!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandakı hadisələr inqilaba gətirib çıxaracaq? - ““Top” Salome Zurabişvilinin əlindədir”

!Reklam – Yazi

“Xarici təsirin şəffaflığı haqqında” qanun gözlənildiyi kimi, üçüncü oxunuşdan sonra qəbul edildi və burada elə də ciddi bir dəyişikliklər olmadı.

Baxmayaraq ki, Baş nazir İrakli Kobaxidze qeyd edirdi ki, qanunda müəyyən xırda dəyişikliklər ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi ötən gün Gürcüstan parlamenti tərəfindən üçüncü oxunuşda qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən, habelə bununla bağlı Tbilisini bürüyən etiraz aksiyalarından söz açıb.

O xatırladıb ki, parlamentdən sonra indi “top” ölkə prezidenti Salome Zurabişvilinin əlindədir:

“O, əvvəldən də vəd vermişdi ki, sözügedən qanuna veto qoyacaq. Lakin o qanuna veto qoysa belə, həmin qanun parlamentə qayıdacaq və parlament bu halda qanunu son dəfə qəbul edəcək. Bir aydan çoxdur paytaxt Tbilisidə etiraz dalğaları davam etməkdədir. Artıq son aksiyalarda yüz mindən çox insan meydanlara axışıb. Bu da, sözsüz ki, Gürcüstanda ciddi siyasi təlatümlərin olmasının göstəricisidir”.

“O ki qaldı bu etirazların “məxməri inqilab”a gətirib çıxarmasına, aydın məsələdir ki, insanların meydanlara toplaşması hələlik inqilab demək deyil. İnqilab o zaman olur ki, sistem, rejim dəyişir. Sözsüz ki, insanların yığışması nəticəsində bu baş verə bilər. Amma meydana çıxıb şüarlar səsləndirməklə Gürcüstanda “məxməri inqilab”ın baş vedini deyə bilmərik. Gürcüstanda “məxməri inqilab” 2003-cü ildə olmuşdu. İnsanlar sabiq prezident Mixeil Saakaşvilinin rəhbərliyi altında meydana çıxandan sonra Eduard Şevardnadzenin hakimiyyətini rəsmən devirdilər və yeni hakimiyyət iqtidara gəldi”, – deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, indiki proseslərə inqilab demək olmaz, əksinə, bunları inqilaba gətirib çıxara biləcək proses adlandıra bilərik:

“Əgər nümayişlər həm intensivlik, həm də nümayişlərə qoşulan insanların sayı baxımından çoxalarsa, eləcə də, Qərbin dəstəyi artarsa, sözsüz ki, bu, Saakaşvilinin dövründə olduğu kimi “məxməri inqilab”a gətirib çıxara bilər. Lakin hələlik bizim hansısa “məxməri inqilab”dan danışmağımız çox tez olardı”.

Rafi Müslümov

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv