Qəzzanı tərk edən fələstinlilərin sayı 700 minə çatdı
Təxminən 700 min fələstinli indiyədək Qəzza zolağından cənuba köçüb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
Qeyd edək ki, İMQ-nin HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlamasından əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinlinin yaşadığı təxmin edilirdi. Mülki şəxslərə Qəzzanın cənubunda İsrail tərəfindən müəyyən edilmiş humanitar zona istiqamətində təxliyə əmri verilib.
Son günlərdə bölgəni tərk edən fələstinlilərin sayı artmaqdadır, çünki İMQ Qəzza şəhərinin daha dərin hissələrinə doğru irəliləyir.