Partiya sədrindən qaçqınları hədəfə alanlara SƏRT SÖZLƏR: "Görəcəklər, kimin əli kimin cibindədir"

media-hightechnic-468x90

“Bu adamların heç birinin Azərbaycandan xəbəri yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədri işğaldan azad edilmiş ərazilərə köçən sakinlərin çoxunun işləmək istəmədiyi yönündəki iddialara münasibət bildirib.

“Nə düşüblər bu qaçqınların üstünə?! Biz qaçqınlarla bütün rayonları gedib gəzmişik, Laçında, Zəngilanda açılan iş yerlərinə baxmışıq, gedən gedib işləyir. Bu mövzunu bu qədər çeynəməyin nə əhəmiyyəti var axı? Nə demək istəyirlər? Qaçqınlar arasında əks-təbliğat aparırlar? Bu adamların heç birinin Azərbaycandan xəbəri yoxdur. Geyinib-keçinir, ətir də vurub gedib otururlar Milli Məclisdə. Hərəsi ən az 10 min manat pul alır, orada-burada da hərəsinin milyardlarla ölçülən iş yerləri var. Hər halda, bu gün qaçqınlar öz evlərinə gedirsə, onlara bütün şərait yaradılmalıdır. Bu şərait də yaradılır, öz gözümüzlə görmüşük. Sağ olsun Prezident Administrasiyasının şöbə müdiri bizi aparıb orada görülən işləri göstərib. İndi “məcburi köçkünlər işləmir” demək onları qıcıqlandırıb Azərbaycan dövlətinin üstünə qaldırmaq deməkdir. Nə vaxta qədər susacağıq bunlara?!” – deyə MMP sədri söyləyib.

O deyib ki, səslənən fikirlərlə razı deyil:

“Bir də bəzi deputatlar danışıqlarını bilmirlər. Gedib otursunlar öz yerlərində. Qaçqınlar gedib azad olunmuş torpaqlarda işləyirlər. İnanmırlarsa, gedib Zəngilanda, Laçında, Ağdamda açılan iş yerlərini görsünlər. Daha nə olmalıdır ki?! Onlara bir az kömək etmək lazımdır ki, sahibkarlığı və digər sahələri güclü inkişaf etdirsinlər. Ölkədə əmin-amanlıqdır, elə bilirsiniz, onların xoşuna gəlir Bakının tıxacında yaşamaq?! Ona görə də bu məsələni ortaya atanlar istəmədən Rusiyanın Azərbaycanda qarışıq salmaq istəyən qüvvələri ilə birlikdə hərəkət edirlər. Yaxın günlərdə mən ciddi açıqlamalar verəcəyəm, onda görəcəklər ki, kimin əli kimin cibindədir.

Belə baxanda hamımız qaçqınıq da… Bu iddiaları ortaya atanlar kimi hansı işə qoyublar ki, işləmək istəməyib?! Kimdir axı işləməyən?! Harada iş varsa, qaçqınlar gedib orda da işləyirlər. Olmaz belə…”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa