Sumqayıtda elektrik avtobusları istehsal ediləcək

media-hightechnic-468x90

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “BYD” şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş direktoru Tien Çunlon ilə görüş keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı ölkəmizlə biznes tərəfdaşlığı üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində əhəmiyyətini vurğuladıq. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işləri və qarşıdakı dövr üçün hədəfləri nəzərdən keçirdik”, – deyə o, qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05