“İndi də bəzi söhbətlər gəlib qulağıma çatır, belə şeylər etməyin. Mən hamınızı yaxşı tanıyıram”.
Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış aparıcı Nanə Ağamalıyeva efirdə səsləndirib.
O, ad çəkmədən bəzi sənət adamlarına səslənib:
“Məni tanıyanlar bilir, qeybət sevmirəm. Mənim yanımda kimsə kiminsə söhbətini edəndə, bilirəm ki, o mənim də söhbətimi başqasının yanında edir. Mənim bir cavabım var: mənə maraqsızdır, mənə danışmayın. Mənim bir insan haqqında öz fikrim formalaşmalıdır. Başqasının fikri mənim üçün önəmli deyil. Kim məni sevir, mənə dəyər verir, bunu yaxşı bilirəm. Neçə il əvvəl olub. Tolik (Tarix Əliyev – red.) qonşu kanalda işləyirdi. Qonaq mənim efirimdən çıxıb onun efirində yalandan danışırdı. Belə şeylər etməyin. İndi də bəzi söhbətlər gəlib qulağıma çatır. Hamısı bizim həmkarlarımızdır. Bəziləri deyir, o verilişə getmədim, buraya gəldim. Belə söhbətlər etməyin. Hamımız hamınızı yaxşı tanıyırıq. Öz payıma deyirəm, mən hamını yaxşı tanıyıram”.
Nehru
www.yenicag.az