İki ölkə arasında müqavilə imzalandı

media-hightechnic-468x90

efrtyRusiya və  Çin “Əsrin qaz müqaviləsi”ni imzalayıb.  

Rusiyanın nəhəng “Qazprom” şirkəti ilə Çinin milli neft-qaz şirkəti Rusiya qazının Şərq marşrutu ilə Çinə nəqli  haqqında müqavilə bağlayıb.  

“Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, 30 illik müqaviləyə əsasən, Çinə satılacaq ümumi qazın dəyəri 400 milyard dollar təşkil edəcək.  

Miller bunu da əlavə edib ki, Rusiya və Çin faydalı qazıntılar hasilatı üzrə güzəştli vergi rejimi sistemi nəzərdə tutub.  

Müqavilənin qiymətinin kommersiya sirri olduğunu deyərək “Qazprom” rəhbəri bu barədə məlumat verməyib.  

Rusiya ilə Çin arasında çərçivə müqaviləsi 2009-cu ildə bağlansa da, o vaxtdan tərəflər qiymət barəsində razılığa gələ bilməyib. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600