"İlham Əliyevlə Kopenhagendəki müzakirələrdən məmnunam" - Paşinyan

media-hightechnic-468x90

“İlham Əliyevlə Kopenhagendə keçirilən görüşün yekunlarına görə, Ermənistanda kommunikasiyaların blokdan açılması məsələsinin və TRIPP layihəsinin müzakirə edildiyi barədə rəsmi bəyanat dərc olunub”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Baş nazirin sözlərinə görə, bununla tərəflər TRIPP layihəsinin Ermənistan ərazisində mövcud olduğunu təsdiqləyiblər: “Ermənistanın mövqeyini bir daha təsdiqləyirəm ki, “sülh yollarının kəsişməsi” və TRIPP-dən başqa, onun ərazisində başqa heç bir layihə yoxdur və ola da bilməz”.

Paşinyan dövlətimizin başçısı İlham Əliyevlə Kopenhagendəki müzakirələrdən, ümumilikdə təmaslardan və “sülhün institusionallaşdırılması” işindən məmnun olduğunu bildirib: “Artıq Kopenhagendəki bəyanatdan sonra bu məsələyə diqqət yetirməyi lazım görmürəm. Bu mövzu artıq aktual deyil. Bəli, ən yüksək səviyyədə və ən mötəbər beynəlxalq platformalarda müzakirə aparılıb. Məsələ Danimarkada keçirilən görüş zamanı müzakirə olunub və bu, görüşün yekunlarına dair bəyanatda da öz əksini tapıb. Ona görə də bu məsələnin artıq aktuallığı yoxdur. Ən azından mənim üçün bu, siyasi səviyyədə aktual deyil”. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa