İnsanları işıqsız qoyan quş axtarışa verildi

media-hightechnic-468x90

ABŞ-də Nyu-Cersi ştatında bir çox sakini işıqsız qoyan quş axtarılır.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, elektrik enerjisini bərpa etmək üçün transformator stansiyasına gələn işçilər orada balıq tapıblar. Səlahiyyətlilərin dediyinə görə, quş balığı hündürlükdən elektrik naqillərinin üstünə atıb və nəticədə naqillər kəsilib.

“Biz güman edirik ki, quş stansiyanın üzərindən uçarkən balığı yerə atıb”, – deyə məsul şəxslərdən biri deyib.

İndi yerli hakimiyyət nümayəndələri qəzanın günahkarını tapmağa çalışır. Şahidlərin dediyinə görə, şübhəli quş sonuncu dəfə cənuba uçarkən görülüb. Polis əlavə edib ki, insanlar yırtıcını özbaşına tutmağa çalışmasınlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05