İnterpolun prezidenti istefa verdi

İnterpolun Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.

Qeyd edək ki, Men Xunvey qanunu pozmaqda şübhəli bilinərək saxlanıb.

COP29