Naxçıvana 35 santimetr qar yağdı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qarlı-şaxtalı hava şəraiti axşam saatlarında da davam edir. Muxtar respublikanın bəzi aran rayonlarında isə artıq qar kəsilib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, muxtar respublikanın Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr) qarın hündürlüyü 35, Parağaçay Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28, Biçənəkdə 22, Şərurun Axura kəndində isə 12 santimetr qeydə alınıb.

Qarlı-şaxtalı hava şəraitinə uyğun olaraq, sürücü və piyadalara hərəkət zamanı diqqətli olmaq tövsiyə edilir./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05