İran daha bir İsrail F-35 təyyarəsini VURDU
İran İsrailə məxsus daha bir F-35 tipli hərbi təyyarəni vurduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə İranın Tehranın cənubundakı Veramin rayonunun qubernatoru Hüseyn Abbasi məlumat verib.
Onun sözlərinə görə, vurulan təyyarə İsrailə məxsus olub və hadisə ilə bağlı təhlükəsizlik bölmələri artıq araşdırmalara başlayıblar. Abbasi insident zamanı təyyarənin pilotunun taleyi ilə bağlı hər hansı məlumat verməyib.
İran mənbələrinin iddiasına görə, 13 iyunda İsrailin İrana qarşı başladığı hücumlardan bu yana artıq üçüncü İsrail döyüş təyyarəsi məhv edilib.
Göycə Göycəyev