İran səfiri Türkiyə XİN-ə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Tehranın bəyanatlarına görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Xarici siyasət idarəsində İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Bir gün əvvəl İranın İraqdakı səfiri İrac Masjedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

Loading...