İranda metanol yüklü gəmidə partlayış BAŞ VERDİ

media-hightechnic-468x90

İranda metanol yüklü gəmidə partlayış baş verib

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İranın Buşehr vilayətinin Deyr limanında metanol yüklü gəmidə partlayış olub.

Buşəhr Valiliyinin Böhran İdarəetmə Baş direktoru Koruş Dehfan bildirib ki, hadisə yerli vaxtla saat 11:05 radələrində Deyr limanında yerləşən “Kaveh” Metanol Şirkətinin estakadasında, gəmidə qaynaq işləri aparılan zaman başlayıb və sonradan partlayışa səbəb olub.

İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 3 nəfər isə hadisə yerində dünyasını dəyişib. Yaralıların vəziyyəti və partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Hadisə yerinə fövqəladə hallar xidməti və təcili yardım briqadaları cəlb olunub.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05