İranda nüvə obyektini vurmaq üçün İsrailə nə lazımdır?
İranın Fordo şəhərindəki nüvə obyektini məhv etmək üçün İsrailə GBU-57A/B super ağır bomba lazımdır ki, bu bomba yalnız ABŞ-dədir.
Yenicag.az xəbər verir ki, bunu “New York Post” qəzeti yazıb.
İranın nüvə obyektini vurmağın çətinliyi hədəfin az qala yüz metr dərinlikdə yerləşməsidir. Amerika sursatının dəyəri 500 milyon dollardan çoxdur, çəkisi 15 tondur.
“Bombanın böyük çəkisi o deməkdir ki, onu yalnız İsrail Hərbi Hava Qüvvələrində olmayan B-2 Spirit gizli bombardmançı təyyarə ilə çatdıra bilər. ABŞ bombardmançıya və bombaya nəzarət edir”, – nəşr yazır.
2013-cü ilin məlumatlarına görə, ABŞ Hərbi Hava Qüvvələri 20 belə bomba alıb. Vaşinqton onları müttəfiqlərə, o cümlədən İsrailə verməkdən imtina edir./unikal