İranda qum fırtınası: Yüzlərlə zərərçəkən var - VİDEO

media-hightechnic-468x90

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətini bürümüş qum fırtınası nəticəsində azı 488 nəfər xəsarət alıb.

media-banner_tuq

Yenicag.az yerli fövqəladə xidmətlərin verdiyi məlumata istinadən xəbər verir ki, son iki gündə tibb müəssisələrinə ən azı 488 nəfər müraciət edib, onlardan 64-ü mütəxəssislərin nəzarəti altına alınıb. Bundan əlavə, bir nəfər aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hazırda Sistan və Bəlucistanın bəzi rayonlarında görmə məsafəsi 300 metrə qədər azalıb. Küləyin sürəti 94 km/saata çatır. Fövqəladə hallar xidmətlərinin əməkdaşları risk altında olan insanlara zərurət olmadıqca evlərini tərk etməməyi, çölə çıxacaqları təqdirdə respirator maska taxmağı tövsiyə ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05