!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan gələn HÜCUM DALĞASI: “Aydınlaşdırmaq lazımdır ki...”

!Reklam – Yazi

“Bu gün yaşananları da Azərbaycana qarşı növbəti təxribat xarakterli addımlar kimi qiymətləndirmək mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Azərbaycanın bir sıra tanınmış media agentliklərinin radikal islamçı qruplaşmalar tərəfindən kiberhücuma məruz qalmasının pərdəarxasında ehtimal olunan İran faktorundan danışan millət vəkilinin sözlərinə görə, kiberhücumların qarşısını almaq üçün istər Daxili İşlər Nazirliyi, istərsə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət səviyyəsində lazımi tədbirlər görülür.

“Aydınlaşdırmaq lazımdır ki, həmin hücumlar İranın rəsmi dövlət qurumları, yoxsa hər hansı qruplaşmalar tərəfindəndir. Lakin dövlət səviyyəsində olmasa, yəni müəyyən qruplar tərəfindən hücumların həyata keçirilməsi belə təsadüfi deyil. Mütləq burada İranın rəsmi dairələrinin, ya əli, ya razılığı, ya da fikri var”, – E. Məmmədov söyləyib.

Həmsöhbətimiz vurğulayıb ki, bütün qonşu dövlətlərlə, eyni zamanda, 30 milyon həmyerlimizin yaşadığı İranla münasibətlərimizin normal olmasının tərəfdarıyıq:

“Həm İran, həm də bizim üçün dövlətlərarası münasibətlərin yaxşı səviyyədə olması xeyirlidir. Bu istiqamətdə hər zaman səmimi təkliflərimizi irəli sürüb dost və əməkdaşlıq əlimizi uzadırıq. Lakin təəssüf ki, qarşı tərəfdən bunu görmürük. Düşmənimizlə dostluq, əməkdaşlıq yaxşı hal deyil. Bir sözlə, bu gün yaşananları da Azərbaycana qarşı növbəti təxribat xarakterli addımlar kimi qiymətləndirmək mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

163
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv