İraq təhlükəsizlik qüvvələri Kərkükdə İŞİD terror qruplaşmasının qurbanlarının kütləvi məzarlığını tapıblar.
Yenicag.az xəbər verir ki, bu barədə İordaniyanın “Petra” agentliyinə Kərkük polisinin polkovniki Cəmil əl-Caburi bildirib.
Məlumata əsasən, sözügedən məzalıq ABŞ-ın keçmiş hərbi bazasının yerləşdiyi yerdə tapılıb. Məzarlıqda azı 400 nəfərin cəsədi aşkar edilib. Onların əksəriyyətinin cavan və yaşlı kişilər olduğu bildirir.
Bu barədə faktı Kərkük əyalətinin qubernatorluğu Rakan əl-Cuburidə təsdiqləyib.