!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İSBAM Türkiyədəki jurnalistləri mükafatlandırdı - FOTO

!Reklam – Yazi

İSBAM Türkiyədəki jurnalistləri mükafatlandırıb.

Yenicag.az xəbər verir ki, 29 mart tarixində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən təqdimat mərasimində hər iki ölkənin ictimai siyasi xadimləri, elm və mədəniyyət insanları iştirak ediblər.

Tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb və daha sonra Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan proqramın aparıcısı jurnalist Səidə Ömər iştirakçıları salamlayıb və sözü İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlliyə verib. Samir Adıgözəlli bildirib ki, bu mükafatın təsis edilməsində əsas məqsəd II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin zəhmətini bir balaca da olsun dəyərləndirməkdir. Əvvəlcə bu mükafatın savaş əsnasında Qarabağ bölgəsində fəaliyyət göstərən media işçilərinə verildiyini qeyd edən təşkilat sədri bundan sonra informasiya savaşında xalqımızın, dövlətimizin və millətimizin yanında olan digər xarici ölkə media nümayəndələrinin də mükafatlandırılacağını xüsusi ilə vurğulayıb.

Daha sonra çıxış edən İSBAM idarə heyətinin üzvü, Qarabağ qazisi Şöhrət Eyvazov bu müharibənin qazanılmasında əməyi keçən hər kəsi, başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan ordusunun əsgər və zabitlərini təbrik edərək bu media ödülünün verilməsinin simvolik bir xarakter daşıdığını qeyd edib və bu zəfərin Azərbaycan Türkiyə mediasının qarşılıqlı əməkdaşlığı üçün böyük perspektivlər açdığını vurğulayıb.

Mükafatlandırılan Türkiyə jurnalistləri adından çıxış edən CNN TÜRK telekanalının aparıcısı Fulya Öztürk bildirib ki, o faciə və qürurla dolu anları unutmağın əsla mümkün olmadığını bildirib. Jurnalist bildirib ki, bu gün keçirilən tədbirdə aldığı mükafat fəaliyyəti boyu aldığı ən müqəddəs mükafatıdır, çünki həmin mükafat əziz şəhidlərimizin qələbəsinin, zəfərinin nəticəsidir.
Daha sonra mükafatın təqdimetmə mərasimi keçirilib. Mərasimdə mükafat alan jurnalistlərin hər biri bu mükafatın ali dəyərinə toxunaraq zəfərdə kiçicik də olsa paylarının olmasından dolayı məmnunluq hissi keçirdiklərini bildiriblər.

Qeyd edək ki, tədbir ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu olan Azərçayın və Sirabın dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycanın Istanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə baş konsulluq adından iştirak edib.

COP29

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv