İspaniya XİN İsrailə silah embarqosu tətbiq olunmasını tələb etdi

media-hightechnic-468x90

İspaniya xarici işlər naziri Xose Manuel Albares Avropa İttifaqı ölkələrinin videokonfrans formatında keçirdiyi fövqəladə toplantıda İsrailə silah embarqosu tətbiq olunmasını tələb edib.

Yenicag.az xəbər verir ki, Albares bildirib ki, Avropa İttifaqı İsrailin əsas ticarət tərəfdaşıdır və Qəzzaya hücumlar davam etdikcə Aİ ölkələrinin İsrailə silah satışı dayandırılmalıdır.

O, eyni zamanda, Ukraynanın işğalına görə Rusiyaya qarşı qəbul edilən sanksiyaların İsrailə də tətbiq olunmasının vacibliyini vurğulayıb.

Nazir İsrail və İran arasında gərginliyin azalmasına dair heç bir əlamətin olmadığını qeyd edərək İranla nüvə proqramı üzrə dialoqun yenidən başlayacağına ümid etdiyini bildirib.

İspaniya mediasına görə, İranın Tel-Əvivə raket hücumu zamanı İspaniyanın oradakı səfirliyində çalışan iki əməkdaşın evi zərər görüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600