İsrail bəzi səfirliklərini bağlayır

media-hightechnic-468x90

“İrana zərbə endirilməsi fonunda bəzi İsrail səfirlikləri bağlanacaq”. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu  barədə “Ynet”  nəşri məlumat yayıb.

“Bəzi səfirliklər, xüsusən də təhlükəsizlik baxımından həssas ərazilərdə yerləşən səfirliklər bu gündən ən azı bazar ertəsi gününə qədər bağlı qalacaq”, – KİV-də qeyd olunub.

Nəşrin məlumatına görə, hazırda bütün İsrail səfirlikləri maksimum hazırlıq vəziyyətindədir. Ev sahibi ölkələrin təhlükəsizlik qüvvələri mümkün nümayişlər və etirazlarla bağlı narahatlıqlar səbəbindən diplomatik nümayəndəliklər üçün təhlükəsizlik tədbirlərinin artırılmasını xahiş ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05